“AccessBank” “Azərikard” prosessinq mərkəzinə keçir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bank özü məlumat yayıb.

Prosessinq mərkəzinə miqrasiya 2024-cü il 22 fevral saat 10:00-da başlayacaq və 22:00-da tamamlanacaq.

Qeyd olunan müddət ərzində “AccessBank”ın ödəniş kartları, eləcə də, bankomat və POS-terminalları müvəqqəti olaraq işləməyəcək.

MilliÖn, eManat ödəniş terminalları, o cümlədən www.hesab.az platforması vasitəsilə əməliyyatlar, həmçinin www.accessbank.az saytında kredit ödənişləri müvəqqəti olaraq dayandırılacaq.

Məhdudiyyətlər sahibkarların əməkhaqqı, korporativ və biznes kartlarını da əhatə edəcək. Bank filialları adi qaydada fəaliyyətini davam etdirəcək, lakin ödəniş kartlarından istifadə ilə bağlı xidmətlər göstərilməyəcək.