Access Bank Kartlar üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Təsvir:

  • Bankın layihələri və problemləri ilə bağlı Prosessinq Mərkəzi ilə daimi əlaqə saxlanılması;
  • Prosessinq Mərkəzinin hesabatları əsasında hesablama nəticələrinin tutuşdurulması;
  • Compass Plus sistemində işin aparılması(TX və TWCMS);
  • Lazımi hesabatların hazırlanması və aidiyyəti filial/təşkilatlara göndərilməsi;
  • Operativ kart proseslərinin/prosedurlarının və kart məhsullarının prosedurunun yaradılmasına və aktuallığının saxlanmasına dəstək;
  • Ödəniş kartları ilə əməliyyatlara nəzarət;
  • Müştərilərin ödəniş kartları üzrə müraciətləri, sorğuları və iddiaları ilə işin aparılması;
  • Şübhəli əməliyyatların monitorinqi;
  • Digər şöbələrlə sıx və məhsuldar əməkdaşlığın təmin edilməsi.

Tələblər:

  • Bank sahəsində minimum 2 il təcrübə;
  • Azərbaycan dilində səlis danışıq bacarığı, rus və ingilis dili biliyi arzuolunandır;
  • MS Word, Excel, Outlook və s. ofis proqramlarından istifadə bacarığı;
  • Kart məhsulları və xidmətləri barədə nəzəri və praktiki biliklər;
  • Bir neçə tapşırığın icra edilməsi bacarığı;
  • İşə məsuliyyət;
  • Komandada işləmək bacarığı;
  • Yüksək kommunikasiya bacarığı, aydın və konstruktiv ünsiyyət qurmaq, insani münasibətləri idarə etməyi bacarmaq;
  • Diqqətlilik, məsuliyyətlilik, motivasiyalı və enerjili, gündəlik işi yerinə yetirmək bacarığı.