Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək.
İqtisadiyyat.az-ın xəbərinə görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək.