Abşeron rayonunda ötən ilin 12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan hərbi qulluqçuların anım gününə həsr olunmuş tədbir keçirilib.
İqtisadiyyat.az xəbər verir ki, tədbirdə RİH başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, YAP Abşeron rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Tədbir RİH tərəfindən hazırlanmış və Azərbaycanın düşmən üzərində şanlı qələbəsinə və şəhidlərimizin xatirəsinə həsr olunan sənədli film nümayiş etdirilib.
RİH-nin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm siyasi iradəsi, uzaqgörənliyi və xalqımızın “Dəmir Yumruq” ətrafından sıx birləşməsi ilə şanlı ordumuz düşmən üzərində döyüş meydanında qalib gəlib. RİH başçısı qeyd edib ki, respublikamızın bütün ərazisində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir və bu qayğı bundan sonra da daimi xarakter alacaqdır.
Daha sonra şəhid Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfzadə, şəhid Nəzər Əzizovun həyat yoldaşı Nərmin Əzizova və Vətən Müharibəsi iştirakçısı Vidadi Əliyev çıxış edərək bildirib ki, ərazi bütövlüyümüzün təmini, Qarabağda həyata keçirilən abadlıq quruculuq işləri və soydaşlarımızın qayıdışı xalqımızı fərəhləndirir.
Daha sonra vətənə, qələbəyə və şəhidlərimizə həsr olunmuş bədii hissə təqdim olunub.
2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində ordumuza qarşı törətdiyi növbəti təxribat nəticəsində şəhid olmuş, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətənə xidmətə görə”, “Vətən uğrunda” medalları ilə təltif olunan Qarazadə Nicat Mikayıl oğlunun II Fəxri xiyabanda məzarı ziyarət edilib. Ziyarətdə Abşeron RİH başçısı Abdin Fərzəliyev, millət vəkili Bəhruz Məhərrəmov, şəhid ailələri və qazilər iştirak etmiş, şəhidin döyüş yolundan danışılıb.
O cümlədən dövlət başçısının müvafiq sərəncamları “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Vətən Müharibəsi iştirakçısı” medallarına laiq görülmüş şəhid baş leytenany Hüseyn Nəcəfzadənin il mərfasimi keçirilib.
Qeyd edək ki, 15 sentyabr “Bilik günü” ilə əlaqədar abşeronlu şəhidlərin məktəb yaşlı övladlarının hər birinin şəxsi hesablarına tədris ləvazimatlarının alınması üçün vəsaitlər köçürülüb.