"Abşeron-M" Mənzil Tikinti Kooperativi (MTK) yığılmış vergi borcunu ödəmir.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, MTK-nın hazırda yığılmış vergi borcu 1 870 365,81 manat təşkil edir. 

Nəzərə alaq ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət əvvəl MTK "Tau Compleks" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilib. Hər iki şirkətin qanuni təmsilçisi Orxan İsgəndərzadədir. "Abşeron-M" MTK 2016, "Tau Compleks" isə 2019-cu ildə dövlət qeydiyyatına alınıb.