Rusiyanın "Roskosmos" şirkəti ABŞ-yə yaxınlaşan dağıdıcı "Milton" qasırğasının peyk görüntüsünü yayımlayıb.
İqtisadiyyat.az xəbər verir ki, övlət korporasiyası bu şəkli öz "Telegram" kanalında dərc edib.
"Elektro-L" peykindən çəkilən görüntülərdə güclü burulğanın Florida ştatına doğru hərəkət etdiyi aydın görünür. Mütəxəssislər bu qasırğanı bütün tarix boyunca müşahidə edilən ən dağıdıcı hadisə olacağı ilə bağlı proqnozlar verirlər.
Qeyd edək ki, küləyin sürəti saatda 70 kilometrə çatır ki, bu da digər tropik qasırğalar zamanı qeydə alınan göstəricilərdən daha yüksəkdir.
Florida ştatının qubernatoru Ron DeSantis "Milton" qasırğasına görə ştat sakinlərini təxliyə olunmağa çağırıb. Bölgəni tərk etmək çağırışı ilə 5,5 milyondan çox insana xəbərdarlıq göndərilib.