ABŞ və Yaponiya 2024-cü ildə hipersəs raketlərini ələ keçirə bilən yeni tipli raketin yaradılması ilə bağlı razılaşma əldə edəcək.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü polkovnik-leytenant Martin Mayners açıqlama verib.

O bildirib ki, müştərək raket inkişaf proqramı hər iki ölkə arasındakı əməkdaşlığı gücləndirəcək. 

Yaponiya Müdafiə Nazirliyi hər iki ölkənin raketin hazırlanmasını 2030-cu ilə qədər başa çatdırmağı hədəflədiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ və Yaponiya birgə əməkdaşlıq etdiyi “Standart Raket-3 (SM-3) Blok IIA” tipli raketdən sonra ikinci dəfə ortaq raket hazırlayacaq.

Gülşən Şərif