ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə növbəti telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Danışıqlar zamanı Rusiyanın Ukraynaya davam edən hücumu müzakirə edilib, fikir mübadiləsi aparılıb.

Milli, həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək ifadə edib.