Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Amerika nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ryabkov məlumat verib.

O qeyd edib ki, görüş Cenevrədə baş tutub və Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsindən (START) çıxması müzakirə edilib. 

Ryabkov bildirib ki, Böyük Britaniya və Fransa nümayəndələri ilə danışıqlar planlaşdırılmır.

“Amerika nümayəndə heyəti ilə işgüzar, peşəkar söhbətimiz oldu. START mövzusuna və onun ətrafında baş verən hər şeyə diqqət yetirib”, - deyə Ryabkov mətbuat konfransı zamanı vurğulayıb.

Qeyd edək ki, fevralın 21-də Vladimir Putin Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını elan edib. Fevralın 22-də qərar Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiqlənib. Daha sonra Putin qanunu imzalayıb.