ABŞ enerji sektoru, humanitar ehtiyaclar və mülki təhlükəsizlik üçün Ukraynaya 1,5 milyard dollardan çox vəsait ayıracaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Dəstək vəsaitləri Beynəlxalq İnkişaf Agentliyi və Xarici İşlər Nazirliyi vasitəsilə yönəldiləcək. Bunun 500 milyon dolları ilk dəfə enerjiyə, 324 milyon dolları isə digər fondlardan enerjiyə yönəldiləcək.

"Bu fond müharibə zamanı zədələnmiş enerji infrastrukturunu bərpa edəcək, enerji istehsalını genişləndirəcək, özəl sektorun investisiyalarını təşviq edəcək və enerji infrastrukturunu qoruyacaq", - Ağ Evin bəyanatında deyilir.

Daha 379 milyon vəsaitin qaçqınların dəstəklənməsinə, 300 milyonunun isə Ukrayna sərhədçiləri və hüquq-mühafizə orqanlarına yönəldilməsi planlaşdırılır.