ABŞ hərbi peyklərindən əldə edilən məlumatlar sübut edir ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The New York Times“ ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan ABŞ rəsmiləri iddia edirlər ki, ABŞ hərbi peykləri Ukrayna ordusunun mövqelərində aktivliyin artdığını qeydə alıb. Peyklərdə artilleriya atəşi və raket buraxılışlarını izləmək üçün infraqırmızı qurğular var.

Bundan əvvəl Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Ukrayna Silahlı Qüvvələrinin bəzi bölgələrdə hücum əməliyyatlarına keçdiyini bildirib. O əlavə edib ki, Baxmut hərbi əməliyyatların episentri olaraq qalır.