ABŞ Dövlət Departamenti Türkiyəyə "F-16" təyyarələrinin satışını açıq şəkildə dəstəklədiklərini və Türkiyənin Avropa İttifaqı (Aİ) hədəflərini dəstəkləməyə davam edəcəklərini açıqlayıb.

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İsveçin NATO üzvlüyü və "F-16"ların satışı iki ayrı məsələdir. Bildirilib ki, ABŞ Türkiyənin Aİ-yə üzv olmaq istəyini hər zaman dəstəkləyib və dəstəkləməyə davam edir.