"Suriya münaqişəsi siyasi həllini tapmadığı müddətdə nə Dəməşqlə münasibətlərimizi normallaşdıracağıq, nə də bunu edənləri dəstəkləyəcəyik".

İqtisadiyyat.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib. O bildirib ki, Suriya ərəb dövlətləri ilə münasibətləri normallaşdırsa da, ABŞ bunu etməyəcək.

Qeyd edək ki, son günlər Suriyanın yenidən Ərəb Dövlətləti Liqasına qayıtması müzakirə edilir.