ABŞ-da 2024-cü il prezident seçkiləri yaxınlaşdıqca, namizədlər seçki kampaniyalarını elan etməyə başlayıblar.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, namizədlər arasında sui-qəsd nəticəsində öldürülən keçmiş prezident Kennedinin qardaşı oğlu Robert F. Kennedi  və 6 yanvar paytaxt hadisələrində Trampın çağırışına dəstək verməyən keçmiş vitse-prezident Mayk Pens də var.


Prezidentliyə namizəd olan Kennedi açıqlamasında “Alicənablığımıza, mehribanlığımıza, xeyirxahlığımıza, mərdliyimizə müraciət edəcəyəm”, deyə vurğulayıb. 

Respublikaçılar Partiyasından namizədliyi üçün rəsmi müraciət edən 63 yaşlı Mayk Pens isə açıqlamasında "Mən xristianam, mühafizəkaram və respublikaçıyam", deyərək seçicilərinə müraciət edib.