ABŞ Maliyyə Nazirliyi Şimali Koreyanın kütləvi qırğın silahları proqramını maliyyələşdirdikləri səbəbilə 6 şəxs və 2 təşkilata sanksiya tətbiq etmək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən mövzu ilə bağlı ABŞ Maliyyə Nazirliyindən açıqlama verilib.

Verilən açıqlamada Cənubi Koreya ilə koordinasiyada Şimali Koreyaya gəlir təmin edən və maliyyə əməliyyatlarını asanlaşdıran Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərindən 6 fiziki şəxs və 2 təşkilatın sanksiyalara daxil edildiyi bildirilib. 

"Bugünkü birgə fəaliyyət Şimali Koreyanın qeyri-qanuni və sabitliyini pozan fəaliyyətləri üçün gəlir əldə etmək səylərini pozmaq əzmimizi əks etdirir", - Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə Müşaviri Brayan E. Nelson qeyd edib.