Ankaranın aldığı Rusiyanın S-400 zenit-raket kompleksləri F-35 qırıcı təyyarəsi layihəsinin həyata keçirilməsi kontekstində Türkiyə ilə ABŞ arasında münasibətlərdə problemli məsələ olaraq qalır.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Cef Fleyk NTV telekanalında bildirib.

"Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-yə səfəri zamanı F-35 məsələsi gündəmə gətirildi. Daha əvvəl də qeyd edildiyi kimi, S-400 problem olaraq qalır. Biz həll yolu tapmaq istəyirik. Dövlət katibinin müavini Viktoriya Nuland əvvəllər bu qanun layihəsi ilə bağlı öz təkliflərini irəli sürüb", - səfir qeyd edib.

Bundan əvvəl Amerikanın xarici siyasət idarəsinin rəhbəri Antoni Blinken Nulandın yaxın həftələrdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini postunu tərk edəcəyini bildirmişdi.

Qeyd edək ki, Türkiyə 2019-cu ildə S-400 aldıqdan sonra F-35 proqramından çıxarılıb. Ancaq bu təyyarələr üçün bəzi komponentlər, gövdə elementləri və bəzi sistemlər istehsal etməyə davam edir. Birləşmiş Ştatlar bəyan edib ki, Türkiyənin proqrama qayıtması yalnız Ankaranın S-400-dən imtina etməsi ilə mümkün olacaq.