ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Ukraynaya gedəcək.

İqtisadiyyat.az bildirir ki, səfər aprelin 3-də baş tutacaq.

 Nəşrin məlumatına görə, səfər 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd ola biləcək Pompeoya Ukraynaya dəstəyini nümayiş etdirmək imkanı verəcək:

“Bu səfərlə Pompeo Ukraynaya şübhə ilə yanaşan Tramp və Ron Desantis kimi respublikaçı namizədlərdən uzaqlaşa biləcək”.