Serbiyanın Rusiyaya qarşı sanksiyalara qoşulacağı təqdirdə Vaşinqton Belqrada iqtisadi və diplomatik dəstək verə bilər. 

 İqtisadiyyat.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb. 

“Serbiya mühüm seçim qarşısındadır. Serblər bunu edə və Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə bunu göstərə bilər” 

Bunu ABŞ -ın Serbiya və Kosovo üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar deyib. 

Onun sözlərinə görə, Belqradın bu məsələdə Avropa ictimaiyyətindən kənarda qalması sərfəli deyil: 

“Avropada hər kəs Ukraynada baş verənlərə görə sanksiyalar tətbiq etməlidir”.