Vaşinqton administrasiyası Rusiya ilə nüvə riskləri və nüvə silahlarına nəzarətlə bağlı substantiv müzakirələrə açıqdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a ABŞ Dövlət Departamentinin nümayəndəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiya Federasiyasının ABŞ-la strateji sabitlik üzrə dialoqa hazır olması, lakin danışıqların ədalətli olması barədə bəyanatlarını şərh edərkən bildirib. 

"Biz dəfələrlə təkrar etmişik ki, nüvə riskləri və nüvə silahlarına nəzarət üzrə substantiv müzakirələr çərçivəsində Rusiya ilə qarşılıqlı fəaliyyətə açığıq. Bu, bu gün də aktual olaraq qalır. ABŞ prezidenti Co Bayden qeyd edib ki, nüvə silahları üzrə dialoq istəyə görə deyil, ikitərəfli gərginliklər səbəbindən davam etməlidir", - diplomat qeyd edib.