ABŞ qoşunlarının bir hissəsini Nigerə yerləşdirəcək.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Məlumata görə, ABŞ Nigerdəki qoşunlarının və hərbi texnikasının bir hissəsini Niameydəki 101-ci aviabazadan Aqadezdəki 201-ci aviabazaya köçürəcək. Hazırda ABŞ-nin Nigerdə 1100-ə yaxın hərbçisi var, lakin onlardan neçəsinin transferdə iştirak edəcəyi məlum deyil.
Hərbi departament bu addımı "ehtiyat tədbiri" adlandırıb.
Gözəl Həşimova