Sanksiyalar nəzərə alınmaqla Rusiyadan yan keçməklə Qazaxıstandan neftin ixracı məsələsi aktualdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-ın Astanadakı səfiri Daniel Rozenblum Qazaxıstanın informburo.kz nəşrinə müsahibəsində bildirib:

“Qazaxıstanın ixracatının düzgün istiqamətə çatması üçün Avropa İttifaqı, ABŞ və Qazaxıstan arasında hərəkətlərin əlaqələndirilməsi lazımdır. Bu problemin həllinin açarı Qazaxıstandan neft məhsullarının nəqlinin alternativ yolları olacaq”.

O, həmçinin 2023-cü ildən Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti ilə bağlı əldə olunmuş razılaşmaları xatırladıb.

Məhəbbət Məmmədov