Amerika şəxsi heyətin cəlb edilməsi ilə bağlı çətinliklər fonunda ordusunun sayını təxminən 24 min nəfər azaldacaq.

İqtisadiyyat.az "Fox News"a istinadən xəbər verir ki, yenidən strukturlaşma orduya gələcək müharibələrlə mübarizə aparmağa kömək edəcək.

Məlumata görə, ordu fəal əsgərlərdən getmələrini tələb etmir. Bildirilib ki, qiyamla mübarizə ilə bağlı iş yerləri ixtisar olunacaq. Onların sayı əvvəllər İraq və Əfqanıstandakı müharibələr səbəbindən artıb. Hazırda isə bu vəzifələrə çox tələbat yoxdur.

 

Gözəl Həşimova