Amerika ordusu Suriyada İŞİD terror qruplaşmasının hədəflərinə bir sıra hava zərbələri endirib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Mərkəzi Komandanlığa tabe olan qüvvələr Suriyada İŞİD-in bir neçə düşərgəsinə bir sıra hava zərbələri endirib", - məlumatda bildirilib.

ABŞ ordusunun məlumatına görə, zərbələr İŞİD-in terror hücumları planlaşdırmaq imkanlarını azaldıb. Mülki itkilər barədə məlumat verilmir.