İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Departamenti məlumat yayıb.
Dekabrda ABŞ-dən ixracın həcmi 7,1 milyard dollar azalaraq 266,5 milyard dollar təşkil edib.
Amerikaya idxalın həcmi isə 12,4 milyard dollar artaraq rekord həddə -364,9 milyard dollara çatıb.
2024-cü ildə ABŞ-nin ticarət kəsirinin ümumi həcmi 918,4 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 17% çoxdur.
Gözəl Həşimova