ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 4,6 milyon barel azalaraq avqustun 16-na 426 milyon barel təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb. 

Nazirlik aydınlaşdırıb ki, cari inventar səviyyəsi ilin bu vaxtı üçün beşillik orta göstəricidən 5% aşağıdır.

Bakı vaxtı ilə saat 18:41-də Londonun ICE birjasında Brent markalı neftin oktyabr fyuçersləri 1,22% artaraq 78,1 dollar/barelə, WTI markalı neftin sentyabr fyuçerslərinin dəyəri isə 1,4% artaraq 74,04 dollar/barelə çatıb.