Harvard Universiteti ABŞ-nin ən zəngin universitetləri reytinqində birinci yeri tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Məlumata görə, universitetin ianə fondu təxminən 49,5 milyard dollar təşkil edib.

Bu siyahıda ikinci yeri 45 milyard dollarlıq ianə ilə Texas Universiteti tutub. Harvardda təhsil alan tələbələrin sayı Texas Universitetindən təxminən 10 dəfə azdır.

Jurnal bu reytinqi 1974-cü ildən bəri hər il tərtib edir. Ümumilikdə, reytinq ABŞ-nin 688 kollec və universitetini təmsil edir.

 

Gözəl Həşimova