ABŞ Maliyyə Nazirliyi altı rusiyalıya qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ hökuməti məlumat yayıb.

Ədliyyə nazirinin müavini Oleq Sviridenko, Basmannı məhkəməsinin hakimi Yelena Lenskaya və İstintaq Komitəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Andrey Zadaçinə məhdudiyyətlər qoyulub.

Məhdudiyyətlər Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova, İnsan Hüquqları Şurasının rəhbəri, “Rossiya Seqodnya” media qrupunun rəhbəri Valeri Fadeyev və “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakova da tətbiq edilib.