ABŞ Maliyyə Nazirliyi Şimali Koreyanın nüvə və raket proqramları ilə əlaqəsi olan 2 fiziki və 3 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirliyin yazılı açıqlamasında bildirilir.

Sənəddə iddia edilir ki, qara siyahıya salınmış bu şəxslər KXDR hökumətini dəstəkləmək üçün qeyri-qanuni gəlir əldə ediblər. Terrorla mübarizə və maliyyə kəşfiyyatına nəzarət edən ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson deyib ki, Şimali Koreyanın qeyri-qanuni kütləvi qırğın silahları və ballistik raket proqramları beynəlxalq təhlükəsizliyi və regional sabitliyi təhdid edir.