ABŞ İrana qarşı sanksiyalar siyahısının yeniləndiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

ABŞ İranda fəaliyyət göstərən “Arvan Cloud” texnoloji şirkətinə və BƏƏ-də yerləşən bir törəmə şirkətinə İslam Respublikasının İranda internet senzurasını asanlaşdıran rollarına görə, sanksiya tətbiq edib. Sözügedən şirkətin iki yüksək vəzifəli əməkdaşı da sanksiya siyahısına əlavə edilib.