ABŞ-ın texnologiya şirkəti IBM 3900 nəfəri işdən çıxaracağını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Dünyada davam edən iqtisadi böhran xüsusilə texnologiya şirkətlərinə dərindən təsir edir. Texnologiya nəhənglərinin işdən çıxarılması qərarlarına yenisi əlavə edilib. Belə ki, IBM şirkəti 3900 nəfəri işdən çıxaracağını açıqlayıb.

2021-ci ildən bəri şirkətin işçilərinin sayı təxminən 22 min nəfər azalıb.

İşçilərin ixtisarı martın sonunda baş tutacaq.