İqtisadiyyat.az xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanın ABŞ-dakı diaspor təşkilatı tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun nümayəndəsi, konsul Ramiz Daşdəmirov, yerli icma üzvləri, həmçinin türk dünyasının müxtəlif icmalarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Çıxış edən diaspor təşkilatının rəhbəri Nigar Şıxsəfiyeva qeyd edib ki, bu kimi tədbirlər Azərbaycan mədəniyyətinin, tarixinin və müstəqillik ruhunun beynəlxalq ictimaiyyətə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Konsul Ramiz Daşdəmirov da çıxışında Azərbaycan diasporunun ABŞ-da getdikcə güclənməsini və belə tədbirlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Tədbir zamanı Azərbaycanlı uşaqların ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, milli rəqslər nümayiş etdirilib. Eyni zamanda Azərbaycanın müstəqillik tarixini əks etdirən qısa film nümayiş olunub. Rəsmi çıxışlardan sonra Azərbaycan musiqiləri ifa olunub.