ABŞ-ın Florida ştatında itini gəzdirən qadın timsahın hücumu nəticəsində ölüb. Səlahiyyətlilər itin hücumdan sağ qaldığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Hadisə Vest Palm çimərliyindən təxminən 110 kilometr şimalda, Fort Pirs ərazisində baş verib.  85 yaşlı Qloriya Serj öz itini gəzdirmək üçün  gəzərkən göldə timsah itinə hücum edib.

Hücumda qadın yerə yıxılarkən 11 metr uzunluğundakı timsahın qadını suya çəkərək öldürdüyü açıqlanıb. Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının əməkdaşı hücumdan sonra  timsahı yaxalayıb.

Ağzı əvvəlcə qara lentlə bağlanan, sonra ayaqları bağlanan timsahı kanaldan kənarlaşdırıblar. Daha sonra polis əməkdaşlarının köməkliyi ilə timsah yük maşınına mindirilərək uyudulub. Ərazidə sonuncu ölümcül timsah hücumu 2016-cı ildə, ailəsi ilə Walt Disney World-də tətildə olan 2 yaşlı Leyn Qreyvsin timsah tərəfindən öldürüldüyü zaman baş verib.