ABŞ Prezidenti Cozef Bayden martın 9-da kəsiri azaltmağa yönəlmiş ölkə büdcəsini dərc edəcək.

Bunu keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

“Prezident büdcəni cümə axşamı günü açıqlayacaq. Bu, Prezidentin ailələr üçün qiymətləri aşağı salmaq, sosial müdafiə və tibbi yardımı gücləndirmək və kəsiri azaltmaqla ölkəyə necə investisiya qoymağı planlaşdırdığını göstərir”, - ABŞ administrasiyasının rəsmisi bildirib.