"ABŞ üsyançı Husilər hərəkatının mövqelərinə zərbələr endirməyə davam edəcək. Əməliyyatın vaxtı isə Husilərə yardım göstərən İranın hərəkətlərindən asılıdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro deyib.

"Yəqin ki, əməliyyatın nə qədər davam edəcəyini İrandan soruşmalıyıq. Onlar Husilərə maddi dəstək verməyə və onları silahla təmin etməyə davam edirlər. Ümid edirəm və gözləyirəm ki, bu, qeyri-müəyyən müddətə davam etməyəcək". Del Toro əmin edib ki, Birləşmiş Ştatlar həm də regionda sülhün təmin edilməsi üçün diplomatik səylər göstərir.

Nazir qeyd edib ki, Vaşinqton Fələstin-İsrail münaqişəsinin iki dövlətin birgə yaşaması prinsipi əsasında həllinə tərəfdardır, lakin HƏMAS hərəkatı Qəzzada hakimiyyətdə qalmamalıdır.