ABŞ-nin Ermənistandakı Səfirliyi ABŞ Dövlət Departamentinin Sanksiyaların Koordinasiya İdarəsinin rəhbəri, səfir Ceyms O'Brayanı qəbul edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Səfirlik News.am-a açıqlama verib.

O`Brayen Ermənistana səfəri zamanı baş nazir də daxil olmaqla, ölkənin yüksək rütbəli rəsmiləri ilə görüşəcək və Ermənistanın ABŞ sanksiyalarının təmin edilməsinə sadiqliyinə görə minnətdarlığını ifadə edəcək.

O, həmçinin Yerevanda Erməni Soyqırımı Memorialını ziyarət edəcək.