ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə yeni baş müşaviri Luis L. Bono gələn həftə regiona, o cümlədən Azərbaycana, Ermənistana və Gürcüstana ilk səfərini edəcək.

İqtisadiyyat.az ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü Ned Prays keçirdiyi brifinqdə bildirib.