ABŞ administrasiyası "G20" sammitində Dünya Bankının Çinin "Bir kəmər və yol" təşəbbüsü ilə effektiv rəqabət apara bilməsi üçün kapitalının artırılmasını müdafiə edəcək.

İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir ki, ABŞ hakimiyyətinin bu cür səyləri zirvə toplantısının yekun kommünikesində öz əksini tapmalıdır.

Məlumata görə, ABŞ Dünya Bankının kapitalının 25 milyard dollar artırılmasını nəzərdə tutur. Buna görə də Birləşmiş Ştatlar sammitdə bu layihəyə digər ölkələri də cəlb etməyə çalışacaq.  Əgər, ABŞ buna müvəffəq olarsa, bankın aktivləri 100 milyard dollardan çox artacaq, Hindistan isə iddialara görə bu planı artıq dəstəkləyib.

Bildirilib ki, ABŞ-nin bu addımı Çinin iqtisadi əməkdaşlıq layihələrinin miqyasını genişləndirmək cəhdlərinə qarşı tarazlıq yaratmaq məqsədi daşıyır. 

 

Gözəl Həşimova