İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Əmək Statistikası Bürosu (BLS) bildirib.
May ayında on iki yumurta paketinin qiyməti orta hesabla 2,7 dollar, noyabrda isə artıq 3,65 dollar olub. Bu, 2023-cü ilin əvvəlində qeydə alınan 4,82 dollar rekordundan aşağıdır.
Qiymətlərin bu cür kəskin bahalaşmasına səbəb quş qripinin yayılması olub. Eyni zamanda, ABŞ-də mal ətinin qiyməti də kəskin artıb. Belə ki, qiymə ətin qiyməti sentyabrda rekord həddə çatıb.
Nəticədə noyabrda topdansatış ərzaq qiymətləri ümumilikdə 3,1% artıb ki, bu da son iki ilin ən yüksək artımıdır.
Gözəl Həşimova