ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığındakı hava limanında şəxsi təyyarənin qəzaya uğrayıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Federal Aviasiya İdarəsindən açıqlama verilib.
Təyyarənin qəzaya uğramasından dərhal sonra alovlandığı və təyyarədə olan 6 nəfərin hadisə yerində öldüyü bildirilib.
Məlumata görə, Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.