Martın 15-nə keçən gecə ABŞ-nin Ohayo ştatında qasırğa baş verib.

Bu barədə İqtisadiyyat.az "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, qasırğa iki nəfərin həyatına son qoyub, 20-dən çox insan isə yaralanıb. Təbiət hadisəsi nəticəsində yaşayış binaları və ofislər dağılıb.

Ohayo ştatının qərbində və İndiananın şərqində minlərlə insan elektrik enerjisindən məhrum olub. Güclü qasırğa ilə əlaqədar olaraq Ohayo ştatında 2-ci səviyyəli xəbərdarlıq elan edilib.