ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı məlumatları açıqlayıb.

İqtisadiyyat.az departamentə istinadən xəbər verir ki, ilk dəfə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı 12 min nəfər azalaraq ,216 min nəfərə düşüb.

Qeyd olunub ki, bu, cari ilin may ayının ortalarından bəri ən aşağı səviyyədir.

Məlumatda bildirilib ki, bir həftə əvvəl bu rəqəm 228 min olub.