ABŞ-nin Florida ştatında bir mağazada ağdərili amerikalının "irqi səbəblərə görə" həyata keçirdiyi silahlı hücumda üç qaradərili ölüb.

İqtisadiyyat.az xəbər verir ki, maskalı ağdərili amerikalı axşam saatlarında Florida ştatının Ceksonvil şəhərində qaradərililər yaşayan məhəllədəki bazara hücum edib.

Ceksonvil polisi hücumun "irqi səbəblərlə" edildiyini bildirib: "Hücum edən şəxs qaradərililərə nifrət edirdi".

Hadisədə 2 qaradərili qadın və 1 kişinin həyatını itirdiyini bildirən polis səlahiyyətliləri 20 yaşlı qatilin sosial media hesabında irqçi paylaşımlar etdiyini və hücumdan sonra özünə atəş açaraq intihar etdiyini qeyd edib.