ABŞ Maliyyə Nazirliyi iki Rusiya vətəndaşını - İvan Kondratyev və Artur Sunqatovu kiber məkanda yol verdikləri cinayətlərə görə sanksiya siyahısına əlavə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə maliyyə idarəsinin yazılı açıqlamasında bildirilir.

Bu şəxslərin sanksiya siyahısına daxil edilməsi onların Birləşmiş Ştatlardakı aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsini nəzərdə tutur.