İyun ayında ABŞ-da istehlakçı inamı yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, Miçiqan Universiteti amerikalı istehlakçıların tendensiyalarına uyğun hazırlanmış İyun ayı üzrə İstehlakçı Güvən İndeksinin aparıcı məlumatlarını açıqlayıb.

Buna görə, İstehlakçı Güvəni iyun ayında bir əvvəlki aya görə 4,7 bal artaraq 63,9-a yüksəlib. İstehlakçı güvən indeksi may ayında 59,2 səviyyəsində olub.

Amerikalıların cari maliyyə şərtləri ilə bağlı qiymətləndirmələrini ölçən cari iqtisadi şərtlər indeksi iyun ayında aylıq 3,1 faiz bəndi artaraq 68-ə yüksəlib.

İstehlakçıların uzunmüddətli proqnozlarını əks etdirən istehlakçı gözləntiləri indeksi eyni dövrdə 5,9 bənd artaraq 61,3-ə yüksəlib.

Açıqlamada fikirləri yer alan İstehlakçı Anketləri Direktoru Joanne Hsu, inflyasiyanın azalması və borc limiti böhranının həlli ilə artan nikbinliyin əksi olaraq istehlakçı inamının son 4 ayda ən yüksək səviyyəyə çatdığını ifadə edib.

İstehlakçı inamının bir il əvvələ nisbətən təxminən 28 faiz yüksək olduğunu vurğulayan Hsu, gəlir gözləntiləri yumşaldıqca, etibarın tarixi standartlara görə aşağı səviyyədə qalmağa davam etdiyini qeyd edib.

Əksər istehlakçıların gələn il iqtisadiyyatda hələ də çətin günlər gözlədiyini qeyd edən Hsu, qısa müddətli inflyasiya gözləntilərinin iyun ayında 3,3 faizə düşdüyünü və bunun 2021-ci ilin martından bəri ən aşağı səviyyə olduğunu söyləyib.

Uzunmüddətli inflyasiya gözləntilərinin 3 faiz olduğunu bildirən Hsu, bunun pandemiyadan əvvəlki 2 ildə görülən 2,2-2,6 faiz aralığından yüksək olaraq qaldığını bilidirib.