ABŞ-da təlim zamanı iki hərbi helikopter toqquşub.

İqtisadiyyat.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü açıqlama verib. Bildirilir ki, hadisə Kentukki ştatında meydana gəlib. 

Təlim zamanı ABŞ ordusunun Fort Kampbel qarnizonuna məxsus iki helikopter qəzaya uğrayıb. Toqquşma nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.