Amerika Neft İnstitutu (API) ABŞ-da ehtiyatların artması haqqında məlumat dərc etdikdən sonra dünya bazarlarında “qara qızıl”ın qiyməti ucuzlaşıb.

“Prime” agentliyi xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,48% ucuzlaşaraq, 1 bareli 84,67 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti 0,51% düşərək, 1 bareli 82,02 ABŞ dolları təşkil edib.

İnvestorlar API-nin ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı məlumatlarını qiymətləndirirlər. Belə ki, ötən həftə ərzində ABŞ-da neft ehtiyatları 3,3 milyon barel artıb. Analitiklər isə cəmi 2,2 milyon barel artım gözləyirdilər.

Ümumilikdə, neftin qiymətinin yüksək olması enerji resursları böhranı ilə əlaqələndirilir. Analitiklərin fikrincə, xam neft hasilatının nisbətən aşağı olması, həmçinin Avropadakıl enerji böhranı və Çində faydalı qazıntı yanacağına yüksələn tələbat qiymət artımına təkan verir.