Ölkədəki 40-dan çox QHT ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitlə və Baydenin dövlət katibinin ictimai əlaqələr üzrə köməkçisi Karloz Elizondoya məktub göndərib.

İqtisadiyyat.az xəbər verir ki, məktubda bələdiyyə sədri Hayrullahın təhlükəsizlik səbəbi ilə son anda qəbula qatılmasının qarşısının alınmasına reaksiya verilib.

FTB-nin “izləmə siyahısı”na görə Hayrullahın qəbula buraxılmadığına diqqət çəkən məktubda yüzdə 98-i müsəlman adlarından ibarət olan siyahının ayrı-seçkilik və konstitusiyaya zidd olduğu vurğulanıb.

Məktubda deyilir: "Bizim Bayden administrasiyasının hazırkı müşahidə siyahısı kimi islamofob və anti-müsəlman siyasət və təcrübələrini dərhal və açıq şəkildə rədd edəcəyinə dair böyük gözləntilərimiz var və biz Ağ Evi bu hadisəyə tez reaksiya verməyə çağırırıq".

Xatırladaq ki, ABŞ Məxfi Xidməti Nyu Cersi ştatının Prospect Park şəhərinin meri Məhəmməd Hayrullaha ABŞ prezidenti Co Baydenin mayın 1-də Ağ Evdə təşkil etdiyi Ramazan bayramı ziyafətində iştirak etməyə icazə verməmişdi