"ABŞ Çinin "zorakı davranışına" qarşı mübarizə aparan ölkələrin yanındadır".
İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Austin deyib.
ABŞ dövlət katibi Antoni Blinkenlə bir sıra görüşlərdə iştirak etmək üçün Avstraliyaya səfər edən ABŞ-nin müdafiə naziri Lloyd Ostin Avstraliyanın müdafiə naziri Riçard Marles ilə görüşüb.
Görüşdən əvvəl mətbuata verdiyi açıqlamada Ostin, Çinə qarşı özlərini müdafiə edən ABŞ-nin müttəfiq ölkələrini dəstəkləməyə davam edəcəklərini bildirib: "Şərqi Çin dənizindən Cənubi Çin dənizinə və Cənub-Qərbi Sakit Okeana qədər Çinin təzyiqi var".
Nazir Ostin hər iki ölkənin Çinin beynəlxalq hüquq və normaları pozması ilə bağlı narahatlıqlarını bölüşdüyünü qeyd edib.