Amerika administrasiyası Çinin beynəlxalq nizama təhdid yaratdığını və bundan sonra da davam edəcəyini iddia edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi jurnalistlər üçün keçirilən xüsusi onlayn brifinqdə deyib. 

"Biz Çinin beynəlxalq nizama yaratdığı təhlükəyə nəzər salırıq və bunun yaxın gələcəkdə belə qalacağını gözləyirik", - mənbə qeyd edib. 

"Bizim strategiyamız bu çağırışla mübarizə aparmağa yönəlib", - Amerika rəsmisi vurğulayıb. Eyni zamanda, o, əmin edib ki, ABŞ Çini dəyişməyə çalışmır. ABŞ rəsmisi bildirib ki, Vaşinqton Pekinə qarşı ittifaqlar qurur, eyni zamanda rəqabət risklərini idarə etmək üçün onunla açıq ünsiyyət kanallarını və yüksək səviyyəli diplomatiyanı saxlamaq istəyir.