ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il və gələn il üçün neft qiymətləri ilə bağlı proqnozunu endirib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin aylıq hesabatında deyilir.
Qurum bu il üçün "Brent" markalı neftin bir barelinin qiymətinin 80,89 dollar olacağını proqnozlaşdırır. Əvvəlki hesabatda bu rəqəm 82,80 dollar olaraq qiymətləndirilib.
"WTI" markalı xam neftin bir barelinin qiymətinin 76,91 dollar civarında olacağı gözlənilir. Sözügedən rəqəm keçən ay 78,80 dollar olaraq hesablanıb.
Proqnozun enməsinə səbəb qlobal neft tələbi ilə bağlı narahatlıqların artması olub.
Gözəl Həşimova